Türkiyənin məşhur müğənnisi Gülben Ergen 2 yaşında zorakılığın qurbanı olmuş və həyatını itirmiş körpə ilə bağlı sosial media hesabında paylaşdığı statusuna görə prokurorluğa çağırılıb.
Medianews.az xəbər verir ki, müğənni daha sonra prokurorluğa çağırılmağı barədə də paylaşım edib.
Gülben Ergen sosial şəbəkədəki paylaşımında bu sözləri qeyd edib: “Kaş o 2 yaşlı körpəyə ömrümdən ömür verə biləydim. Təbii ki, prokurorluğa gedəcəyəm!”.
Medianews.az