Əməkdar artist Dilarə Əliyevanın baş rolunu ifa etdiyi “Nənəyə məktub” qısa filminin qala gecəsi keçirilib.
Musavat.com xəbər verir ki, təqdimatda ekran işinin komandası, D. Əliyevanın ailə üzvləri, dostları və media nümayəndələri iştirak edib.
“Nənələrimizi yad etmək istədik, o nənələr ki, bizim üçün xatirəyə çevrilib. Bir gün dostumuz Fariz Əliyev mənə mesaj yazdı ki, ömründə ilk dəfə şeir yazıb. Şeiri oxudum, qəlbimə toxundu. Başa düşdüm ki, bu işi görmək, ekranlaşdırmaq lazımdır. Gözəl komanda ilə çalışdıq. Əfsanəvi sənətkarımız, Xalq artistimiz Azər Zeynalovun istedadlı oğulları Kənan və İsmayıl Zeynalovla bir çox işimiz olub. Bu filmi və qısa film çəkdik. Rasim Əsgərova təşəkkür edirəm gözəl musiqi bəstələdi, rəssamımız Vüsal Hüseynzadə gözəl atmosfer yaratdı, hansı ki, biz özümüzü nənəmizin evində hiss edəcəyik”-, deyə Əməkdar artist bildirib.
Gecə boyunca xatirələrini bölüşən Dilarə Əliyeva kövrək anlar yaşayıb.Qeyd edək ki, layihənin müəllifi Fariz Əliyev, rejissorları İsmayıl və Kənan Zeynalovlardır. Ekran işi 8 Fevral Beynəlxalq Nənələr Gününə həsr olunub.