AZ

Məşhur müğənninin adından dələduzluq edildi

Məşhur müğənninin adından dələduzluq edildiMəşhur müğənni Muazzez Ersoyun adından saxta dərman və kremlərin reklamlarında istifadə edilib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Ersoy sosial mediada onun adından istifadə edərək saxta dərman və krem reklamlarının edildiyindən xəbərdar olduğunu və vəkili vasitəsilə cinayət işi açdığını bildirib.

Sənətçi sosial media hesabındakı paylaşımında daha çox insanın aldanmaması üçün bu ifadələrdən istifadə edib:

"Sosial şəbəkələrdə və rəqəmsal platformalarda fırıldaqçılar tərəfindən hazırlanan dərman və krem reklamlarından xəbərdaram. Vəkilim lazımi addımları atıb. Amma onu da eşidirəm ki, bu saxta reklamlara inananlar var. Mən heç bir dərman və ya krem reklamında rol almamışam. Xahiş edirəm diqqətli olun"

Seçilən
13
sonxeber.az

1Mənbələr