Bəzi sosial şəbəkələrdə Bakıda "KamAZ" markalı yük avtomobilinin sürücüsünün şübhəli hərəkətləri ilə bağlı yayılan iddialara Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən rəsmi açıqlama verilib.
DYP-nin verdiyi məlumata görə, sürücü əslində özünə xəsarət yetirərək avtomobili zədələyib və məsuliyyətdən qaçmaq üçün qərəzli şəkildə ətrafdakıların diqqətini çəkməyə çalışıb. Bununla yanaşı, sürücü, paytaxt yollarında təhlükəsizliyi təmin etmək və tıxacların qarşısını almaq məqsədilə müəyyən saatlarda yük avtomobillərinə tətbiq edilən giriş məhdudiyyətlərini pozmuşdu. Bu səbəbdən avtomobilə "saxla" işarəsi verilib və qaydalara əməl etməyən sürücü barədə qanunamüvafiq tədbir görülüb.
Bakı yollarında təhlükəsizliyin təmin olunması üçün yol polisi tərəfindən tədbirlər davam edir.