Aİ XİN rəhbərləri gürcü diplomatları üçün vizasız rejimin dayandırdı
Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri Gürcüstanın diplomatik pasportları üçün vizasız rejimin dayandırılması barədə qərarı təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa ölkələrindən birinin Aİ Şurasındakı nümayəndə heyətindəki mənbə məlumat verib.
“Bəli, qərar səs çoxluğu ilə təsdiqləndi”, - mənbə bildirib.
Diplomatın sözlərinə görə, Aİ Şurasının qərarı yaxın günlərdə icmanın rəsmi jurnalında dərc olunacaq və bundan sonra qüvvəyə minəcək.