AZ

“Turan Tovuz”un futbolçusu cəzalı DURUMA DÜŞDÜ

“Turan Tovuz” yeni transferi Rəhim Sadıxovun xidmətindən məhrum qalıb.

Bizim.Media xəbər verir ki, yarımmüdafiəçi komandanın Misli Premyer Liqasındakı növbəti oyununu buraxmalı olacaq. 
 

Buna səbəb 28 yaşlı pleymeykerin cari mövsümdə 4-cü sari vərəqəsini alması olub. O, 20-ci turda “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdikləri matçın 38-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb. 


Sadıxov mövsümün ilk yarısında “Sumqayıt”ın heyətində də passivinə 3 “sarı” yazdırmışdı.

Beləliklə, cəzalı duruma düşən Rəhim fevralın 1-də 21-ci tur çərçivəsində “Səbail”lə keçiriləcək ev oyununda komandasına kömək edə bilməyəcək. 

Qeyd edək ki, Sadıxov bu mövsüm Misli Premyer Liqasında ümumilikdə 18 oyun keçirib, 2 qol vurub.

Bizim.Media

Seçilən
16
bizim.media

1Mənbələr