Türkiyənin Adıyaman şəhərində jandarma qrupları tərəfindən xoruz döyüşdürənlərə qarşı əməliyyat həyata keçirilib.
Bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, bununla bağlı polis idarəsinə məlumat daxil olub.
Əməliyyat zamanı 1 sənədsiz tapança aşkarlanıb və 8 şübhəli şəxs saxlanılıb. Şübhəlilər polis idarəsinə aparılıb, müsadirə edilən döyüş xoruzları isə Kənd Təsərrüfatı və Meşəçilik İdarəsinə təhvil verilib. /Oxu.az/