AZ

Poverbank məktəblinin çantasında partladı: Rusiyalı şagirdin qorxu dolu anları - VİDEO

Rusiyada məktəblinin çantasında olan poverbank partlayıb. Şagird möcüzə nəticəsində xəsarət almayıb.
 
Moderator.az Oxu.az-a istinadən bildirir ki, bu barədə "112" "Telegram" kanalı xəbər verib.
 
Bildirilib ki, hadisə Perm şəhərində məktəblərin birində tənəffüs zamanı baş verib: Şagirdlərdən birinin çantasından qəfil tüstü çıxmağa başlayıb, qığılcım yaradıb və sonda partlayıb. Qorxmuş şagird alışan qadceti yerə atıb və ayaqları ilə tapdayaraq söndürməyə çalışıb. Lakin bunu edə bilməyib - alov çantada olan dəftərlərə, atlasa və kontur xəritələrə keçib.
 
Xoşbəxtlikdən, məktəbli xəsarət almayıb. Yanğını tez söndürmək mümkün olub.

Seçilən
19
moderator.az

1Mənbələr