AZ

Medvedçuk: Ukrayna vətəndaşlarına sülhü yalnız Rusiya ordusu gətirə bilər– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Ukraynada sülhün yeganə təminatçısıdır. Bu fikri "Digər Ukrayna" hərəkatının rəhbəri Viktor Medvedçuk səsləndirib.

Onun sözlərinə görə, Zelenskinin hakimiyyətdən getməsi sülh demək deyil, çünki Ukraynada yalnız "müharibə partiyası" mövcuddur və hakimiyyət uğrunda mübarizə daha da kəskinləşəcək. O bildirib ki, Ukraynanın yeni rəhbərləri Zelenskidən fərqlənməyəcək və sülh yalnız Rusiya ordusunun müdaxiləsi ilə mümkündür.

Bundan əvvəl Medvedçuk Ukrayna xalqının yalnız Rusiyanın tərkibində dirçələ biləcəyini bildirmişdi. O, Zelenskini şəxsi maraqlarını güdməkdə və beynəlxalq vəziyyəti düzgün anlamamaqda ittiham edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr