AZ

Gürcüstan rəsmiləri Aİ-yə vizasız gediş-gəlişdən məhrum edildi

Avropa İttifaqı Şurası Aİ-Gürcüstan arasında viza rejiminin sadələşdirilməsi sazişinin bəzi bəndlərinin dayandırılması barədə qərar qəbul edib.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə Şuranın yaydığı məlumatda bildirilib.

Qərara əsasən, vizasız gediş-gəliş rejimi aşağıdakı kateqoriyalara şamil ediləcək:

Hökumətlərarası təşkilatlar tərəfindən Aİ ölkəsinin ərazisində keçirilən rəsmi görüşlərdə və digər tədbirlərdə iştirak edən Gürcüstanın rəsmi nümayəndə heyətlərinin üzvləri; Gürcüstanın milli və regional hökumətlərinin və parlamentin üzvləri; Gürcüstanın Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin üzvləri; diplomatik pasport sahibləri.

Qeyd olunub ki, adi pasporta malik Gürcüstan vətəndaşları Aİ-yə qısamüddətli səfərlər zamanı vizasız rejimdən yararlanmağa davam edəcəklər.


Müəllif: Cəmilə Babayeva
Seçilən
5
teleqraf.com

1Mənbələr