AZ

Azərbaycan millisinin üzvü Albaniya klubundan ayrılmaq qərarına gəlib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın "Eqnatiya" klubunu tərk etməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, mərkəz müdafiəçisi daha yaxşı liqaların klublarından təklif alıb.
Əliyevin xidmətində Ukrayna, Rusiya, Türkiyə və digər ölkələrin klublarının maraqlı olduğu bildirilir.
Hazırda futbolçu təklifləri nəzərdən keçirir və bu qış hazırkı komandasını tərk etməyi planlaşdırır.
Qeyd edək ki, Zamiq Əliyevin Albaniya klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na kimidir.
Seçilən
15
50
oxu.az

10Mənbələr