Bakı, TurkicWorld
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ölkənin ən ağır pilotsuz uçuş aparatı (PUA) olan "Qəzza" adlı yeni dronunu təqdim edib.
TurkicWorld xəbər verir ki, SEPAH-ın verdiyi açıqlamalara əsasən, Qəzza adlı PUA-nın qanad açıqlığının 22 metr, qalxma çəkisinin isə 3100 kiloqram olduğu, 35 saat havada qala biləcəyi və saatda 350 kilometr sürətə çata bildiyi bildirilib.
PUA həm hücum, həm də kəşfiyyat missiyaları üçün nəzərdə tutulub.
"Qəzza" dronu "Böyük Peyğəmbər 19" adlı hərbi təlimdə ilk dəfə sınaqdan keçirilib. Təlim zamanı PUA-nın 8 hədəfi uğurla məhv etdiyi bildirilib.
PUA-nın elektron döyüş sistemləri ilə təchiz edilməsi onun müasir müharibə şəraitində həm hücum, həm də müdafiə qabiliyyətlərini artırır. Bu texnologiyalar vasitəsilə "Qəzza" radar maneələri yarada və düşmənin müdafiə sistemlərini təsirsiz hala sala bilir.