AZ

Kimlər üçün kompot faydalıdır?

“Kompot ürəyə, görmə qabiliyyətinə və təzyiqi aşağı salmağa faydalıdır”

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bunu diyetoloq Mariyat Muxina deyib.

Həkim qurudulmuş meyvə kompotunu yaşlılar üçün ideal içki adlandırıb. O, C vitamininin yüksək olması səbəbindən içkinin immunitet sistemini gücləndirdiyini və bu içkinin tərkibində olan A vitamininin də göz sağlamlığına və görmə xəstəliklərinin qarşısının alınmasına faydalı olduğunu izah edib.

Bundan əlavə, Muxina qeyd edib ki, kompotun tərkibində ürəyin yaxşı işləməsi üçün lazım olan çoxlu kalium var. Tərkibindəki maqnezium qan təzyiqini azaltmağa kömək edir və yüngül sakitləşdirici təsir göstərir.

Həkim gündə bir-iki stəkan kompot içməyi məsləhət görüb. Muxina əlavə edib ki, içkiyə şəkər əlavə etməyə də ehtiyac yoxdur, çünki bu, mədəaltı vəzində əlavə stress yaradacaq.

Seçilən
23
50
medianews.az

10Mənbələr