Bakı, TurkicWorld
Terrorsuz Türkiyə hədəfimizə addım-addım yaxınlaşırıq.
TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, AK Partiyanın Gənclik Qolunun 7-ci Adi Qurultayında etdiyi çıxışında “Terrorsuz Türkiyə” hədəfinə addım-addım yaxınlaşdıqlarını vurğulayıb.
Ərdoğan bildirib ki, terror baronları üçün yolun sonu görünüb və Türkiyə artıq “Terrorsuz bir ölkə” hədəfinə çox yaxındır. O vurğulayıb ki, türk, kürd, ərəb və bütün millətlərin bərabər hüquqlarla faydalanacağı bir gələcək qurmağa sadiqdirlər.
Türkiyənin 40 illik terror probleminə toxunan Ərdoğan, PKK və digər terror təşkilatlarına qarşı davamlı mübarizənin nəticə verdiyini vurğulayıb. Onun sözlərinə görə, gələcəkdə Türkiyə daha sabit və təhlükəsiz bir ölkə olacaq.
Ərdoğan, Türkiyədə təhsil almış suriyalı tələbələrin öz ölkələrində mühüm mövqelərdə işlədiklərini qeyd edib və onların Suriya üçün yeni bir gələcək qurduqlarını bildirib.
“5, 10, 20 il sonra çox fərqli bir Türkiyədən danışacağıq. Biz birlikdə parlaq gələcəyimizi quracağıq.” - deyə sonda bildirib.