AZ

Azərbaycanda qəfil ölümlər: Professor elə səbəb açıqladı ki...

Son vaxtlar ürəktutmadan, xüsusilə də gənc yaşlarda qəfil ölümlərin sayı artıb. 

Bugünlərdə  İmişli rayon Qızılkənd orta məktəbinin müəllimi 1994-cü il təvəllüdlü Asim Arazlı qəfil ölüb. 

31 yaşlı müəllim yaşadığı Beyləqan rayonunda ürəktutmadan vəfat edib. Vətən müharibəsi qazisi olan Asim Arazlı həm də gənc yazar kimi tanınıb. O, müəllim və yazar kimi bir sıra müsabiqələrin qalibi olub. 

Qeyd edək ki, türkiyəli professor Ortun Erbaş bildirib ki, qəfil ölümlərin sayının artması koronavirusun insan orqanizmindən çıxmayan təsiri və "Sinovac" vaksinindən başqa digər vaksinlərin təsiri ilə bağlıdır. 

Xatırladaq ki, ölkəmizdə də həmin dövrdə əhalinin bir çoxu koronavirusa yoluxmuşdu və bu virusa qarşı müxtəlif vaksinlərdən istifadə edilirdi. 

Doğurdanmı son vaxtlar qəfil ölümlərin sayının artması koronavirus və vaksinlərin təsri ilə bağlıdır?    

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Cebheinfo.az”a bildirib ki, koronavirusun təsirləri ilə bağlı hələlik son rəylər açıqlanmayıb:

“Ancaq onkoloji xəstələrin, autoallergik,  sonra müxtəlif ürək-damar tutmaları kimi xəstəliklərin xüsusi çəkisinin artması qeyd olunur. Bu tendensiya koronavirusa bağlı ola bilər. Nəzərə alaq ki, koronavirus zamanı qanın laxtalanma sisteminin pozulması, damarların tıxanması patoloji mexanizmlərdən biri idi.

Bəli, bu xəstəlikləri onunla əlaqələndirmək məntiqi sayılır. Ancaq bununla yanaşı onu da nəzərə alaq ki, son vaxtlar mübadilə sindromu da çoxdur. Çox qida qəbul etmək, az hərəkət etmək, artıq çəki, ürək-damar xəstəliklərinin yaşının tezləşməsinə gətirib çıxarır. 

Bu gün daha erkən yaşlarında insanların ürək damarlarında stendlərin olması, açıq əməliyyatların olması adiləşib. Bütün bunlar hamısı göstərir ki, insanlar bəzən təəssüflər olsun ki, rejimə diqqət yetirmirlər. 

Az qidalanmaq, çox hərəkət etməli, açıq havada gəzməli, bədən üçün lazım olandan artıq kabohidrat tükətməməli, mümkün qədər keyfiyyətli qidalanmalı, çox hərəkət etmək lazımdır. Sağlamlığın əsas rəhni budur”.

Seçilən
11
48
cebheinfo.az

10Mənbələr