Rusiyanın İstintaq Komitəsi məşhur reper Alişer Morqenşterni axtarışa verib.
Publka.az xəbər verir ki, bu barədə rusiyalı jurnalistlərə hüquq-mühafizə orqanları məlumat verib.
Qeyd edək ki, 2024-cü ilin sentyabrında Morqenşternə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin 2-ci hissəsi (“Xarici agentlər haqqında Rusiya qanunvericiliyində nəzərdə tutulmuş vəzifələrdən yayınma”) ilə cinayət işi açılıb.