AZ

USAİD Ukraynadakı layihələri dayandırdı

ABŞ-nin dövlət katibi Marko Rubionun əksər xarici yardım proqramlarının 90 gün müddətinə dondurulması və yeni qrantların dayandırılması əmrindən sonra Ukraynadakı Beynəlxalq İnkişaf Agentliyinə (USAİD) bütün layihələri və onlara ayrılan xərcləri dayandırmaq əmri verilib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə USAID-in Kiyevdəki ofisinin əməkdaşına istinadən “Suspilne” nəşri məlumat yayıb.

Ofis ABŞ Dövlət Departamentinə müraciət edərək, direktivin necə həyata keçirilməsini planlaşdırdıqlarını və ya istisnaların təmin edilib-edilmədiyini açıqlamayıb.

USAID Ukraynada məktəblərin bərpası, səhiyyə və kritik enerji infrastrukturunun təmirini dəstəkləyir.

“Veteran Hub”-ın həmtəsisçisi İvona Kostina yanvarın 26-da “Facebook”-da bildirib ki, təşkilat ABŞ-nin yeni administrasiyasının qərarlarına görə Vinnitsadakı veteranlara dəstək xəttini və mərkəzi bağlamaq məcburiyyətində qalıb. Bununla bağlı Kostina bizneslərdən dəstək istəyib.

Seçilən
33
cebheinfo.az

1Mənbələr