2024-cü ilin dekabrında keçirilən sorğunun nəticələrinə görə, ukraynalıların 50%-i müharibəni bitirmək üçün kompromislərə getməyə meyllidir. Lakin danışıqlara digər ölkələrin liderləri də qatılmalı və Ukrayna üçün sarsılmaz təhlükəsizlik təminatları verilməlidir.
“AzPolitika” xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” nəşri “Socis” sorğu mərkəzinin dekabrda keçirdiyi sorğunun nəticələrinə istinadla məlumat yayıb.
Qəzet yazır ki, sorğunun nəticələrinə görə, dərhal danışıqların aparılmasını və müharibəyə son qoyulmasını istəyən ukraynalıların sayı son vaxtlar kəskin artıb.
Həmçinin, il ərzində hazırkı təmas xətti boyunca münaqişənin dondurulması və hərbi əməliyyatların dayandırılmasının tərəfdarı olanların sayı 8%-dən 20%-ə yüksəlib. Qeyd olunur ki, yanvar ayında güzəştli danışıqlar tərəfdarlarının sayı daha da artıb.
“AzPolitika.info”