AZ

Ryabkov: Rusiya ABŞ-la təmaslara açıqdır

Xarici işlər nazirinin müavini qeyd edib ki, prezidentlər arasında telefon danışığı hələ planlaşdırılmayıb.

Turkustan.az xəbər verir ki, Rusiya tərəfi Vaşinqtonla təmaslara açıqdır. Bu barədə jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.

Ryabkovun sözlərinə görə, yaxın həftələrdə nə baş verəcəyi açıq sualdır. “Hər şey mümkündür və Rusiya prezidentinin dəfələrlə dediyi kimi, biz dialoqa və təmaslara, söhbətlərə və görüşlərə açığıq”-deyə, diplomat qeyd edib.

“Ttelefon danışığı planlaşdırılmır, bu məsələdə heç bir razılıq, anlaşma yoxdur”- deyən nazir müavini, Amerikanın yeni administrasiyası ilə təmasların hələ başlamadığını qeyd edib.

“Yeni administrasiya ilə təmaslar başlamayıb, Vaşinqtonla dialoq baxımından baş verən hər şey səfirliklər vasitəsilə həyata keçirilir. Əgər təmaslar dedikdə biz ABŞ-ın yeni administrasiyasının üzvlərinə birbaşa çıxışı nəzərdə tuturuqsa, bu, belə deyil"- deyə, nazir müavini aydınlaşdırıb: “Mən bu sahədə inkişafı gözləməzdim, çünki bir daha vurğulayıram ki, heç bir təşəbbüskar yoxdur. Yeni administrasiya ilə əlaqə yaratmaq üçün bizim tərəfimizdən addımlar atıldı, eləcə də onların heç bir səviyyədə proaktiv addımları olmadı”.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
14
turkustan.az

1Mənbələr