Türkiyənin "Qalatasaray" klubu ingiltərəli futbolçu Kayl Uoker-Pitersin transferi üçün klubu “Sauthempton”a rəsmi təklif göndərib.
Fanat.Az xəbər verir ki, məlumatı "Milliyet" nəşri yayıb.
Xəbərə görə, "aslanlar" qarşı tərəfin qapısını 6 milyon avro ilə döyüblər. Mənbə İngiltərə təmsilçisinin 27 yaşlı müdafiəçiyə görə 8 milyon avro istədiyini və hazırda tərəflərin danışıqları davam etdirdiklərini vurğulayıb.
Qeyd edək ki, Kayl 2020-ci ildən “Sauthempton”un uğurları üçün çalışır. O, İngiltərə millisində 2 oyuna çıxıb.