“Turan Tovuz”un futbolçusu Otto Con nadir təsadüf olunan göstəriciyə imza atıb.
İdman.biz xəbər verir ki, o, “Qarabağ"la oyunlarda ardıcıl iki gün qol vurub.
Yanvarın 26-da Misli Premyer Liqasının XX turunun görüşündə sonradan meydana çıxan futbolçu komandasına qələbə qazandıran qola imza atıb - 2:1. Otto bu gün iki klubun əvəzedicilərinin görüşündə də şans qazanıb. Start heyətdə meydana çıxıb 45 dəqiqə oynayan legioner yenə qol vurub. Amma bu dəfə qələbəni Ağdam təmsilçisi qazanıb - 4:3.
Qeyd edək ki, bu gün Ottonu əvəzləyən digər legioner Anton Kraçkovski də hər iki gündə meydana çıxıb.
İdman.biz