AZ

Rusiyanın Azərbaycana yönəlik siyasətində qeyri-səmimilik, dost olmayan münasibət – ŞƏRH

Bakı. Trend:

1805-ci ildə imzalanan Kürəkçay müqaviləsi Rusiyanın Azərbaycanıişğal etməsinin rəsmiləşdirilməsidir. Bundan sonra iki əsrdən çoxmüddət ərzində Rusiyada dövlət quruluşu, idarəetmə forması,ideologiyanın dəyişməsinə baxmayaraq, Azərbaycan torpaqlarını işğalaltında saxlamaq və ya buna cəhd göstərmək səyləri dəyişmədi.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı HikmətBabaoğlu deyib.

Millət vəkilinin sözlərinə görə, Rusiya işğalından epizodikolaraq 1918-1920-ci illərdə qurtulsaq da, Azərbaycan 1920-ci ildəQızıl Ordunun ölkəyə daxil olması ilə yenidən işğala məruzqaldı:

“Müstəqilliyimizi yalnız 1991-ci ildə əldə edə bildik. Buradaisə imperialist siyasətin başqa fəsadları ilə üzləşdik. Baxmayaraqki, de-yure müstəqil olduq, amma ərazilərimiz işğal altında idi,Rusiya tərəfindən Azərbaycana qarşı yeni, modernist imperiyaüsulları ilə müharibə aparılırdı.

Məsələn, 1992-ci ildə Xocalı soyqırımında 366-cı batalyonuniştirak etməsi, 1997-ci ildə bir milyard dollarlıq silah-sursatınErmənistana pulsuz verilməsi, Azərbaycan torpaqlarının 20 faizindənçoxunun Ermənistan tərəfindən işğalına dəstək Rusiyanın əməlləri,imperialist ambisiyaları idi. Hələ müstəqillikdən əvvəl 1990-cıildə Azərbaycana ordu yeridilib. Bütün bunlar bizi 200 illiktariximizdə yaşadığımız faciələrdə Rusiya izi axtarmağa məcburedir”.

Hikmət Babaoğlu vurğulayıb ki, kədərli və uzun tarixə nəzərsalsaq, ən parlaq səhifələr son 5 ildə yaşanıb:

“2020-ci ildə əldə etdiyimiz tarixi zəfərlə Sovet və ÇarRusiyası dövrünün xəritələri əsasında bizə qalan inzibati siyasisərhədin hüdudlarını bərpa etmişdik, amma bu, tam qələbə deyil idi.Azərbaycan xalqı bundan qurtulmaq üçün öz müdrik Prezidenti vəqətiyyətli sərkərdəsinin rəhbərliyi altında sonuncu stratejihəmləni edərək 100 ildir, Azərbaycanın tərkibində süni şəkildəyaradılmış “Dağlıq Qarabağ” adlandırılan terrorçu yuvanı dadarmadağın etməyi bacardı. Bu, 1805-ci ildən 2023-cü ilədək dövrüəhatə edən tariximizin zirvə nöqtəsi idi”.

Deputat təəssüflə bildirib ki, hazırkı mərhələdə dəRusiya-Azərbaycan münasibətlərində gərginlik yaşanır.

“Azərbaycanın mülki aviasiya təyyarəsi Rusiya səmasında hücumaməruz qalır, vurulur, ancaq bununla bağlı etiraflar edilmir. Buonun göstəricisidir ki, Rusiyada hələ də imperialist ambisiyalardanxilas olan siyasi təfəkkür formalaşmayıb. Amma vəziyyət necə olursaolsun, Azərbaycan buna nail olacaq və özünə münasibətdə tarixiədaləti bərpa edəcək”, - deyə o qeyd edib.

Milli Məclisin deputatı Arzuxan Əlizadə isəTrend-əaçıqlamasında Azərbaycanın tarixdə yaşadığı bəzi hadisələri Rusiyailə əlaqələndirib:

“Azı 200 il ərzində Azərbaycanın başına gələn bəlaların kökündəRusiya amili dayanır. Rus imperiyası dönəmində Azərbaycan işğallaikiyə bölünüb, AXC süquta uğradılıb, 70 il ərzində sovet dönəmindəAzərbaycan xalqının başına bəlalər gətirilib, 20 minkvadrat-kilometr ərazimiz ermənilərə peşkəş kimi verilib. BugünküZəngəzur dəhlizi problemi də sovet vaxtı həmin ərazinin oradayaşayan xalqın rəyi nəzərə alınmadan ermənilərə verilməsi,azərbaycanlıların deportasiya olunması nəticəsində yaranıb. HədəfAzərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqələrininkəsilməsi olub. Qarabağ problemi, qondarma dövlətin bu ərazilərdəözünə yer etməsi, torpaqlarımızın 30 il işğalda qalmasının kökündədə Rusiya amili dayanır. Ermənistan tək başına işğal edib nəzarətdəsaxlaya bilməzdi”.

Millət vəkilinin sözlərinə görə, müstəqilliyimizi əldə etdikdənsonra çox böyük problemlərlə üzləşməyimizə baxmayaraq,iqtisadiyyatımızı yenidən qurduq, qaçqın, məcburi köçkün probleminihəll etdik:

“İkinci Qarabağ savaşının dayandırılmasında da Rusiyanın“xidmət”i olub. Sülhməramlı adı altında Rusiya hərbçilərininQarabağda həyata keçirdiyi qeyri-qanuni fəaliyyət, ermənilərəhavadarlıq etmələri, silah-sursat daşınmasında dəstək, kolonlarınmüşhadəsi unudulmamalıdır. Azərbaycan ərazisində səngərlərqazılanda rus hərbçiləri sipər olurdular. Antiterror əməliyyatlarıkeçirilərkən rus hərbçilərinin təxribat xarakterli addımlarınəticəsində onlar həlak oldular”.

Deputat əlavə edib ki, Azərbaycan region dövlətləri iləəməkdaşlığa hazırdır:

“Keçmişi unutmadan Rusiya ilə də münasibətlərimizinnormallaşmasında maraqlıyıq. 2022-ci il fevralın 22-də Rusiya vəAzərbaycan arasında strateji müttəfiqlik bəyannaməsi imzalanıb. Bumüqavilənin də bəndlərinə sadiqik, bir halda ki, qarşı tərəf dəeyni münasibət sərgiləsin. Təəssüf ki, zaman-zaman bunun əksinigörürük.

AZAL-a məxsus sərnişin təyyarəsi birmənalı olaraq Rusiyatərəfindən vuruldu. Rusiya tərəfi bu cinayəti etiraf etməli,günahkarları cəzalandırmalı, beynəlxalq hüquq normalarına uyğunolaraq təzminat ödəməli, Azərbaycan xalqından və dövlətindən üzristəməlidir. Bunlar edilməsə, Rusiyanın Azərbaycana yönəliksiyasətində qeyri-səmimilik, dost olmayan münasibətin şahidiolacağıq və bununla bağlı mövqeyimizi bildirəyəcəyik”.

Seçilən
20
az.trend.az

1Mənbələr