Belçika millisinin və "İnter" klubunun sabiq futbolçusu Raca Nainqqolan narkotik qaçaqmalçılığında şübhəli bilinərək həbs edilib.
Fanat.Az xəbər verir ki, məlumatı "Gazet van Antwerpen" Brüssel prokurorluğuna istinadən yayıb.
Mənbənin məlumata görə, Nainqqolan Antverpen limanı vasitəsilə Cənubi Amerikadan kokain keçirməkdə şübhəli bilinir.
“İstintaq Antverpen limanı vasitəsilə Cənubi Amerikadan Avropaya kokainin idxalı və Belçikada yenidən paylanması ilə bağlıdır. Bu iş çərçivəsində futbolçu Raca Nainqqolanın həbs olunduğunu təsdiqləyə bilərik. Hazırda dinləmələr davam etdiyindən indiki mərhələdə əlavə şərh verilməyəcək”, - deyə məlumatda bildirilib.
Nainqqolan "İnter"lə İtaliya çempionudur (2021). O, İtaliyanın “Roma”, “Kalyari” və SPAL klublarında da çıxış edib. O, yanvarın 24-də Belçikanın “Lokeren-Temse” klubunda debüt edib.
Mirağa