AZ

"Kilian hələ ən yaxşı formasında deyil" - "Real"la qarşılaşacaq "Brest"in baş məşqçisi

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda "Real Madrid"lə qarşılaşacaq "Brest"in baş məşqçisi Erik Rua İspaniya nəhəngi ilə görüşdən danışıb.

Fanat.Az "Goal.com"a istinadən xəbər verir ki, o, rəqib komandanın ulduz hücumçusu Kilian Mbappenin La Liqanın 21-ci turunda "Valyadolid"lə matçda het-trik etməsinə də münasibət bildirib:

"Real"la oyuna hazırlaşmaq bütün hallarda, asan olacaq. Hətta taktiki-texniki yöndə nələrisə təhlil edərək futbolçulara aşılamalı olsaq belə... Biz uşaqları oyuna kökləməkdən daha çox onları sakitləşdirməliyik. Motivasiya baxımından hər şey qaydasındadır. 

Son çempionat qarşılaşmasında 3 qol vuran Kiliana gəlincə, o, hələ ən yaxşı formasında deyil. Amma məncə, bu, normaldır".

Xatırladaq ki, "Brest" "Real" ilə yanvarın 29-da üz-üzə gələcək.

Nihat

Seçilən
28
2
fanat.az

6Mənbələr