AZ

İran rəhbərliyi Donald Trampla fikir mübadiləsi üçün yollar axtarır

İran diplomatiyası rəhbərinin müavini Məcid Təxt-Rəvançi prezident Donald Trampın hakimiyyətə gəlişindən sonra İran və ABŞ arasındakı təmaslardan danışıb.

İslam Respublikası nazir müavininin sözlərinə görə, Tehran andiçmə mərasimindən sonrakı günlərdə Amerikanın yeni administrasiyası ilə mesaj mübadiləsi aparmayıb. Diplomat qeyd edib ki, hər hansı kommunikasiya kanallarından danışmaq hələ tezdir. Eyni zamanda o, İsveçrə səfirliyi vasitəsilə mesaj mübadiləsi üçün mövcud kanalı xatırladıb.
Departament rəhbərinin müavini əlavə edib ki, Co Baydenin dövründə Muskat vasitəsilə açılan mübadilə kanalının bağlanmasına baxmayaraq, mesajlar ötürən başqa ölkələr də olub.

//Samir Qurbanov, Editor.az

Seçilən
21
editor.az

1Mənbələr