Bakıda "Ankara Məktəbi" məktəb-liseyinin sanitar qovşağı ilə bağlı məsələ həllini tapıb.
Bu barədə hakimiyyet.az-ın sorğusuna cavab olaraq məktəb-liseydən məlumat verilib.
Bildirilib ki, sanitar qovşağa yeni qapıların qoyulması təmin olunub.
Xatırladaq ki, bir müddət öncəməktəb-liseyində sanitar qovşağın qapısının olmaması ilə bağlı sosial şəbəkə platformalarında paylaşımlar edilib. Valideynlər övladlarının mövcud vəziyyətdən əziyyət çəkdiklərini bildiriblər.