İspaniya La Liqasının 21-ci turunda “Barselona” ilə səfər oyununda 1:7 hesablı məğlubiyyət “Valensiya” üçün antirekordla əlamərdar olub.
Arena.az “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir ki, “yarasalar” XXI əsrdə İspaniya La Liqasında buraxdıqları qolların sayına görə antirekord müəyyənləşdiriblər.
Buna qədər “Valensiya” İspaniya çempionatında 1955-ci ildə 7 qol “yemişdi”. O vaxt “yarasalar”ı “Alaves” 7:0 hesabı ilə “kötəkləmişdi”.
Cari mövsümdə keçirdiyi 21 oyunda 16 xal toplamış “Valensiya” İspaniya La Liqasının yarış cədvəlinin 19-cu pilləsində qərarlaşıb.