ABŞ-nin keçmiş prezidenti Barak Obamanın Hollivud ulduzu Cennifer Enistonla eşq yaşadığı məlum olub.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə aktrisanın özü dostlarına məlumat verib.
Nə Obama, nə də Eniston yayılan xəbəri təsdiqləməsə də, Mişel Obama və Barak Obama cütlüyünün evliliyində böhran yaşandığı deyilir.
1992-ci ildən birlikdə olan Obama cütlüyünün boşana biləcəyi də ehtimallar arasındadır.
Bu dedi-qodunu gücləndirən əsas səbəb isə uzun müddətdir ki, Obama cütlüyünün birlikdə görünməməsidir.
Qeyd edək ki, Barak və Mişel Obamaların 26 və 23 yaşlı iki qızları var.