AZ

Putin Braziliya prezidenti ilə Ukrayna böhranını müzakirə etdi

Rusiya prezidenti Vladimir Putin braziliyalı həmkarı Luiz İnasio Lula da Silva ilə Ukrayna böhranını və Donald Trampın ABŞ-də hakimiyyətə gəlməsini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Liderlər dünyada mövcud vəziyyət, o cümlədən ABŞ-nin yeni administrasiyası ətrafında fikir mübadiləsi aparıb, Ukrayna münaqişəsinin nizamlanması məsələlərinə də toxunulub”, - məlumatda deyilir.

Digər müzakirə mövzuları arasında Rusiya və Braziliya arasında ikitərəfli münasibətlər, habelə Braziliyanın 2025-ci ildə BRİCS-ə sədrliyi daxildir.


Müəllif: Arzu
Seçilən
12
teleqraf.com

1Mənbələr