Yüngül çəkidə (70 kiloqrama qədər) UFC çempionu İslam Maxaçev yarım orta çəkidə (77 kiloqrama qədər) mübarizə aparmaq istəyinin səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, dağıstanlı idmançı jurnalistlərə açıqlamasında belə danışıb:
"Hazırda öz çəki dərəcəmə baxarkən orada mənim üçün çox iş qalmadığını görürəm. Praktiki olaraq hamı ilə qarşılaşmışam, hamı bir-birini döyüb. Yarım orta çəkiyə keçmək və bir müddət bu çəkidə döyüşmək istəyirəm".
Xatırladaq ki, Maxaçev bu ay baş tutan UFC 311 turnirində Renato Moykano ilə üz-üzə gəlib. İslam rəqibini ilk raundda boğucu fəndə salaraq qələbə qazanıb.
Nihat