AZ

Kosmetoloji xidmətlər zamanı yanlış mütəxəssis seçimi ölümə səbəb ola bilər VİDEO

Gözəllik salonlarında botoks, dodaq dolğusu, tatu, lazer və digər xidmətlər zamanı yanlış mütəxəssis seçimi fiziki fəsadlara, hətta ölümə də səbəb ola bilər.

Bəs, gözəllik salonlarının əksəriyyətində həyata keçirilən bu kosmetoloji fəaliyyət növləri qanunidirmi?

Paytaxtda yerləşən gözəllik salonlarından aldığımız məlumata görə, sözügedən obyeklərdə bu prosedurlar açıq şəkildə həyata keçilir.

Xezerxeber.az-ın məlumatına görə, 10 ildir gözləllik salonunda lazeroloq kimi çalışan Xəyalə Kərimova deyir ki, o, proseslə məşğul olmaq üçün müxtəlif təlimlərə gedib, serfikatlar da əldə edib.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən “Xəzər Xəbər”ə verilən məlumata görə, kosmetoloji fəaliyyəti yalnız lisenziya əsasında özəl tibb müəssisəsi həyata keçirə bilər. Bu cür tibbi xidmətlərə lisenziya əldə etmək üçün müəssisə müəyyən tələblərə cavab verməlidir. Məsələn, müəssisə ixtisaslı tibbi personalla və müvafiq avadanlıqlarla təchiz olunmalıdır. Qanuna əsasən, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısı, həmçinin lisenziya və icazə şərtləri müvafiq hüquqi aktlarla müəyyən edilir. Gözəllik salonları isə lisenziyanın verilməsi tələblərinə cavab vermir.

Qeyd edək ki, tibbi kosmetoloji prosedurlara cərrahi prosedurlar istisna olmaqla üz gərmə, lazer dolğu, tatu, dəri altına iynə vurulması, dəri altına makiyaj edilməsi kimi bir sıra xidmətlər aiddir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
14
50
xezerxeber.az

10Mənbələr