AZ

"BirBank" tətbiqində problem yarandı: Kiber hücum istisna olunmur

"BirBank" tətbiqində problem yarandı: Kiber hücum istisna olunmur

“Kapital Bank”a məxsus "Birbank" tətbiqinin işində problem yaranıb.AFN.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri bildiriblər. Qeyd edilir ki, bu gün axşam saatlarında istifadəçilər kartlarının "Birbank" tətbiqindən silindiyini görüblər. Sanki heç bir kart tətbiqə əlavə edilməyib. Hazırda isə istifadəçilər tətbiqə daxil olduqda profilaktik işlərin aparılması ilə bağlı bildiriş çıxır. "Birbank" da tətbiqdə problem olduğunu təsdiqləyib.Ekspert Osman Gündüz bildirib ki, bir neçə gün öncə “Kapital Bank” brendinin tam olaraq “Birbank” brendinə keçdiyi açıqlanıb: "O baxımdan, düşünmək olar ki keçidlə bağlı hazırlıqlar yetərli olmayıb. Kiber hücum da istisna olunmur. Hazırda yenidən sistemə daxil olduqda əlavə olunmuş kartlar görsənmir".Qeyd edək ki, bir müddət öncə "Birbank" həmçinin SMS bildirişləri üzrə aylıq xidmət haqqını da 1 manatdan 3 manata qaldıracağını elan edib.

Seçilən
20
afn.az

1Mənbələr