AZ

Beynəlxalq axtarışa verilən rusiyalı sabiq hakim Bakıda saxlanıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın sabiq hakimi Yelena Xaxaleva Azərbaycanın paytaxtı Bakıda saxlanılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "İzvestiya" nəşri öz mənbəsinə istinadən yazıb.
Hüquq-mühafizə orqanlarının vəzifə saxtakarlığında və fırıldaqçılıqda şübhəli bildiyi qadın Bakı hava limanında saxlanılıb.
Qeyd edək ki, 2022-ci ildə Rostov-na-Donu şəhərinin Leninski Rayon Məhkəməsi keçmiş hakim Xaxalevanı qiyabi həbs edib. Həmin il mayın 16-da qadın beynəlxalq axtarışa verilib.
Xatırladaq ki, səkkiz il əvvəl, 2017-ci ildə hakim Xaxalevanın qızının toyundan olan videonun yayımlanması ictimai rezonansa səbəb olmuşdu. Yelenanın saxta sənədinin - ali təhsil diplomunun olduğu aşkar edilmişdi. Həmçinin qızının külli miqdarda pul xərcləndiyi dəbdəbəli toy mərasimi də müəyyən suallar doğurmuşdu. KİV-də dərc edilən xəbərlərdə toya 2 milyon dollara yaxın vəsaitin xərcləndiyini yazılmışdı.
Seçilən
13
20
oxu.az

10Mənbələr