AZ

Beynəlxalq axtarışa verilən Yelena Xaxaleva Bakıda saxlanıldı

Rusiyanın sabiq hakimi Yelena Xaxaleva Azərbaycanın paytaxtı Bakıda saxlanılıb.Metbuat.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bu barədə "İzvestiya" nəşri öz mənbəsinə istinadən yazıb.Hüquq-mühafizə orqanlarının vəzifə saxtakarlığında və fırıldaqçılıqda şübhəli bildiyi qadın Bakı hava limanında saxlanılıb.Qeyd edək ki, 2022-ci ildə Rostov-na-Donu şəhərinin Leninski Rayon Məhkəməsi keçmiş hakim Xaxalevanı qiyabi həbs edib. Həmin il mayın 16-da qadın beynəlxalq axtarışa verilib.

Xatırladaq ki, səkkiz il əvvəl, 2017-ci ildə hakim Xaxalevanın qızının toyundan olan videonun yayımlanması ictimai rezonansa səbəb olmuşdu. Yelenanın saxta sənədinin - ali təhsil diplomunun olduğu aşkar edilmişdi. Həmçinin qızının külli miqdarda pul xərcləndiyi dəbdəbəli toy mərasimi də müəyyən suallar doğurmuşdu. KİV-də dərc edilən xəbərlərdə toya 2 milyon dollara yaxın vəsaitin xərcləndiyini yazılmışdı.

Seçilən
11
metbuat.az

1Mənbələr