AZ

ABŞ-ın yeni administrasiyası müdafiə sahəsində genişmiqyaslı dəyişikliklərə başlayır

Bakı. Trend:

ABŞ-ın yeni administrasiyası ölkədə İsrailin “Dəmir Qübbə”sisteminə bənzər raketdən müdafiə sisteminin yaradılması,Pentaqonda müxtəliflik proqramlarının dayandırılması və COVID-19peyvəndindən imtina etdiyinə görə ordudan tərxis olunan hərbçilərinbərpasını nəzərdə tutan fərmanlar hazırlayır.

Trend xəbər verirki, bu barədə ABŞ-ın yeni müdafiə naziri Pit Heqset Pentaqonagəlişi zamanı jurnalistlərə açıqlamasında bildirib.

“Bu gün əlavə fərmanların qəbul ediləcəyi gözlənilir və biz bunutam dəstəkləyirik”, - deyə Heqset vurğulayıb. Onun sözlərinə görə,sərəncamlar ABŞ Müdafiə Nazirliyində müxtəliflik, bərabərlik vəinklüzivlik (DEI) proqramlarının ləğvini, COVID-19 ilə bağlıməhdudiyyətlər səbəbindən ordudan uzaqlaşdırılan hərbçilərinbərpasını və ölkədə yeni raketdən müdafiə sisteminin yaradılmasınıəhatə edəcək.

“Bu, tez bir zamanda həyata keçiriləcək,” - deyə nazir bildiribvə fərmanların icrasını qısa zamanda təmin edəcəyinivurğulayıb.

Eyni zamanda, Heqseth-ə 2021-ci ildə ABŞ qüvvələrininƏfqanıstandan çıxarılması ilə bağlı sual ünvanlanıb. O, bu məsələilə bağlı “hesab verməyə hazır olduğunu” qeyd edib.

Seçilən
41
az.trend.az

1Mənbələr