“Qarabağ”ın uğursuzluğu ilə bağlı təcrübəli mütəxəssis Arif Əsədovun fikirlərini öyrəndik:
“Futbolçuların yaxşı performansda olmaması ilə əlaqələndirərdim. Juninyonun gedişi də təsir göstərib. Təbii ki, hər bir komandada belə hallar olur. Görünən odu ki, “Qarabağ”da dəyişiklik prosesi olmalıdı. Yeni nəfəs lazımdı. İki-üç futbolçu gətirmək, komandanı gəncləşdirmək lazımdı. Yeni formatın da təsiri oldu. “Qarabağ” hələ bu formata uyğunlaşmayıb. Bu uğursuz ili növbəti uğurlu ilə qurban vermək olar”.
ƏSƏD SEYİDOV