Bəli, AYB-nin Sumqayıt bölməsinin bir təşkilat kimi yaranışı Sabir Sarvanla bağlı olsa da, onun inkişafı isə Gülnarə Cəmaləddinlə bağlıdır. Bu bölməyə sədrlik ona həvalə olunandan sonra Gülnarə xanım ötən illər ərzində bu sahədə böyük işlər görüb və ən başlıcası AYB-nin Sumqayıt bölməsini nəinki şəhər sakinlərinə, bütün ölkəyə tanıtdırıb...
Əgər mənə sual versələr ki, Azərbaycanın müasir qadın şairləri arasında ən gözəl poeziya nümunələri yaradan kimləri tanıyırsan? Tərəddüt etmədən, Gülnarə xanımın adının bu sırada qızıl onluqda olduğunu söyləyərəm...
Yanvarın 27-si bu bacarıqlı xanımın və ən başlıcası gözəl şairin doğum günüdür. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları və işlərində müvəffəqiyyətlər arzulayıram.
Yeni yaşı mübarək olsun!
Hörmətlə, Elman Eldaroğlu