AZ

Finlandiyada böyük tətillər BAŞLADI

Finlandiyada böyük tətillər başlayıb.

İnterpress.az xəbər verir ki, Finlandiyada sənaye və digər müəssisələrdə böyük tətillər başlayıb. Etirazçılar maaşların artırılmasını tələb edirlər.

“Səkkiz həmkarlar ittifaqı etiraz aksiyaları elan edib, onların əksəriyyəti bu gün başlayıb. Əksər tətillər sənayeyə təsir göstərir.

Tətil birinci mərhələdə 6 gün davam edəcək və əmək haqqı artımının həcmi ilə bağlı fikir ayrılıqları ilə əlaqədardır. Həmkarlar İttifaqları Mərkəzi Assosiasiyasına daxil olan təşkilatlar əmək haqqını 2 il ərzində 10% artırmaq istəyirlər, işəgötürənlər isə bunu rədd ediblər. Onlar bu tələbi qeyri-real adlandırır.

Əmək münaqişəsi tərəfləri arasında razılıq əldə olunmasa, tətil dalğası fevralın 14-dək davam edəcək. Tətillər UPM, Metso, Nokia, Orion, ABB, Kone və başqaları kimi iri şirkətlərə məxsus 100-dən çox obyektə təsir edəcək”, – məlumatda deyilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
11
interpress.az

1Mənbələr