Türkiyədə tanınmış aktyorların prodüserliyini edən Aişə Barımın işi həbs tələbi ilə məhkəməyə göndərilib.
Yenicag.az xəbər verir ki, haqqında film/serial sahəsini monopoliyaya almaq ittihamı ilə araşdırma başladılan Aişə Barım daha sonra Türkiyə tarixinə “Gəzi olayları” kimi keçən hadisələrin təşkilatçısı olmaqda günahlandırılıb.
2013-cü ildə baş verən etirazlara sənətçilərin də qatılmasını təşkil etməkdə günahlandırılan Aişə Barım haqqında “Türkiyə Cümhuriyyəti hökumətini aradan qaldırmaq və ya vəzifəsinin icrasına mane olmağa təşəbbüs etmək” maddəsilə açılan cinayət işi məhkəməyə göndərilib.
Məhkəmədə daha əvvəl şahid qismində ifadə verən Xalid Ərgəncin isə “əlaqəm olmayıb” dediyi aktyor Mehmet Əli Alabora ilə sözügedən hadisələr zamanı çəkilən fotoları üzə çıxb. Buna görə də yalandan şahidlik etdiyi üçün Ərgənc haqqında da araşdırma başaldılıb.