AZ

Ukrayna millisinin müdafiəçisi İngiltərə klubu ilə anlaşdı - SON DURUM

Ukrayna millisinin mərkəz müdafiəçisi Maksım Talovyerov karyerasını "Dumanlı Albion"da davam etdirəcək.

Fanat.Az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Mənbənin məlumatına görə, LASK 24 yaşlı oyunçusunu 2 milyon avroya "Plimut"a satmağa razılaşıb. Sabahkı tibbi müayinədən sonra Taloverovla 3,5 illik müqavilə imzalanacaq.

Maksym Taloverov son iki ildə LASK-da çıxış edir. O, Avstriya klubunun heyətində 67 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Talovyerov ötən ilin martında Ukrayna millisində debüt edib, daha sonra 2024-cü il Avropa çempionatına yollanıb, həmçinin 2024/25 Millətlər Liqasında çıxış edib.

Xatırladaq ki, "Plimut"a yaxın vaxtlara qədər "Mançester Yunayted"in əfsanəvi forvardı Ueyn Runi rəhbərlik edirdi. Lakin ingilislər komandanın zəif nəticələrinə görə dekabrın 31-də onu qovublar.

Mirağa

Seçilən
4
fanat.az

1Mənbələr