AZ

Sürücülər üçün yeni cərimə fevral ayından qüvvəyə minəcək...

...2025-ci ilin fevral ayının əvvəlindən Rusiyada avtomobilləri on ildən çox köhnə avtomobil sahibləri üçün yeni qaydalar qüvvəyə minəcək. Bu dəyişikliklərin əsas məqsədi avtomobillərin ətraf mühitə mənfi təsirini azaltmaqdır.

Köhnə avtomobillərin sahibləri ekoloji standartları pozduqlarına görə cərimələrlə üzləşə bilərlər.

SİA-nın məlumatına görə, cərimələrin məbləğləri çirklənmə dərəcəsindən asılı olaraq 2000 ilə 5000 rubl arasında dəyişir.

Texniki baxış tələbləri də getdikcə sərtləşir və avtomobil sahiblərindən aşkar edilmiş nasazlıqları aradan qaldırmalı və ya avtomobillərini “məhv etmələri” tələb olunur.

Hakimiyyət yeni yerli avtomobillərin alınması üçün subsidiyalar tətbiq etməyi planlaşdırır.

Avtomobil mütəxəssisləri narahatdırlar ki, yeni qaydalar ehtiyacı olanların həyatını çətinləşdirə bilər, xüsusən də köhnə avtomobillərin yeganə nəqliyyat vasitəsi olduğu kənd yerlərində...

Qeyd etmək lazımdır ki, Rusiyadakı bütün avtomobillərin yarısından çoxunun 10 ildən artıq yaşı var.

Nazlı Almuradova

Seçilən
6
sia.az

1Mənbələr