“Çelsi”dən icarə əsasında “Strasburq”da çıxış edən 20 yaşlı braziliyalı yarımmüdafiəçi Andrey Santos Fransada qarətin qurbanı olub.
Arena.az “Le Parisien” dərgisinə istinadən məlumat verir ki, futbolçu Fransa Liqa 1-in “Lill” ilə 19-cu tur ev oyununda (2:1) iştirak edərkən, evinin qarət edildiyini bildirib.
Santosa 500 min avro məbləğində ziyan vurulduğu bildirilir.
Futbolçu özünün sosial şəbəkə hesabları üzərindən hadisə barədə şərh verib:
“Strasburq, mən burada yaşayanlara hörmət bəsləyirəm, amma bu gün bunu kim edibsə, o, qorxaqdır. Sizin, hər şeyi qaytarmaq üçün 24 saatınız var”, – Andrey Santos dərc edib.
Hazırda polis hadisə ilə bağlı təhqiqat aparır və araşdırmanın maraqlarına müvafiq olaraq, əlavə təfərrüatı açıqlamır.