AZ

İsrailin Suriyadakı hərəkətləri təxribatdır - Hakan Fidan

Bölgə ölkələri İsrailin Suriyadakı təxribatçı hərəkətlərinə qarşı çıxacaq.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 28-nə planlaşdırılan Ər-Riyada səfəri öncəsi “Asharq” telekanalına müsahibəsində deyib.

"İran və İran silahlı qüvvələrinin Suriyada olduğu dövrdə və indi İsrailin siyasətinə bəraət qazandıran əsaslar arasında ziddiyyət var. 

Türkiyə İsrailin Suriyadakı hərəkətlərini təxribat kimi qiymətləndirir

Bölgə ölkələri İsrailin Suriyadakı təxribatçı hərəkətlərinə qarşı çıxacaq. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 28-nə planlaşdırılan Ər-Riyada səfəri öncəsi “Asharq” telekanalına müsahibəsində deyib.

“İran və İran silahlı qüvvələrinin Suriyada olduğu dövrdə və indi İsrailin siyasətinə bəraət qazandıran əsaslar arasında ziddiyyət var. O vaxt belə siyasətin əsası və arqumenti var idi, indi isə yoxdur. Belə bir reallıqda və Suriyanın yeni administrasiyasının heç kim üçün təhlükə olmayacağını bəyan etməsinə baxmayaraq, İsrailin Suriyaya qurudan müdaxiləsinin başlaması, müəyyən nöqtələrə qədər irəliləməsi, hərbi ünsürlərin oraya köçürülməsi və yerləşdirilməsi, buradakı bazaların olması təbii ki, təxribat kimi qiymətləndirilir" - deyən Fidan yəhudi dövlətinin ərəb respublikasındakı hərəkətlərinin ölkəsini narahat etdiyini qeyd edib.

O, İsrailin hərəkətlərini “həm hərbi, həm də siyasi baxımdan təhlükəli” adlandırıb. Eyni zamanda Fidanın fikrincə, hamı eyni mövqedədir, xüsusilə də region ölkələri – Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Türkiyə, İraq İsrailin belə siyasətinə müxalif olmağa davam edəcək.

Xatırladaq ki, 8 dekabr 2025-ci ildə İsrail ordusu 1974-cü ildən İsrail və Suriyanın nəzarətində olan əraziləri bir-birindən ayıran Qolan Təpələri bufer zonasında mövqelər tutduğunu açıqladı. Yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahu əmin edib ki, bu, Suriya istiqamətində ölkəsi üçün potensial təhlükələrin qarşısını almaq məqsədi daşıyan müvəqqəti müdafiə tədbiridir.

Turan İSMAYIL

Seçilən
8
1
redaktor.az

2Mənbələr