AZ

Finlandiya daimi yaşayış icazəsi üçün yeni tələblər irəli sürür

Bakı. Trend:

Finlandiya hökuməti daimi yaşayış icazəsi əldə etmək üçün yenivə daha sərt tələblərin tətbiqini planlaşdırır.

Trend "Yle"agentliyinə istinadən xəbər verir ki, ölkənin daxili işlər naziriMari Rantanen bu dəyişikliklər barədə məlumat verib.

Yeni qaydalara əsasən:

- Daimi yaşayış icazəsi üçün ölkədə qalma müddəti dörd ildənaltı ilədək artırılacaq.
- İsveç və ya fin dillərində biliklərin təsdiqlənməsi tələbolunacaq.
- İllik gəlirin minimum 40 min avro olması və ya ölkədə tanınan alitəhsilə və ya doktorantura dərəcəsinə malik olmaq şərti tətbiqediləcək.

Bu dəyişikliklər Finlandiyada daimi məskunlaşmaq istəyənlər üçündaha yüksək standartlar müəyyənləşdirəcək.

Seçilən
28
az.trend.az

1Mənbələr