AZ

Qazaxıstanda çoxəsrlik yeni artefaktlar aşkar edilib

Qazaxıstanda çoxəsrlik yeni artefaktlar aşkar edilib

Qazaxıstanın Xəzər dənizi bölgəsindəki Atrau vilayətində Sarmat dövrünə aid qəbirlərdə aparılan qazıntılar nəticəsində əsrlərə aid əsərlər üzə çıxarılıb.Atrau Qubernatorluğundan verilən açıqlamaya görə, bölgədəki “Karabau-2” kurqanında son 2 ildə arxeoloji qazıntılar aparılır.Kurqandakı 9 qəbirdən 7-də insan qalıqları, eləcə də eramızdan əvvəl VI əsrdən eramızın IV əsrinə qədər bölgədə yaşayan köçəri at sürən sarmatlara məxsus zərgərlik məmulatları, silahlar və keramika qablar aşkar edilib.Qazıntıdan çıxarılan əsərlər ilk dəfə olaraq Atrau Regional-Tarixi Muzeyində keçirilən sərgidə nümayiş etdirilib.Əsərlər arasında hər iki tərəfində dağ bəbiri təsvir olunmuş, çəkisi təxminən 370 qram olan qızıl bilərzik sərgi ziyarətçilərinin böyük marağına səbəb olub.Qazax arxeoloqu Marat Kasenov Atrau bölgəsinin alimlər tərəfindən bir vaxtlar Sarmatiya imperiyasının hökm sürdüyü bölgə kimi təsvir edildiyini və bunun arxeoloji qazıntılarla sübut edildiyini bildirib.

Seçilən
15
2
afn.az

3Mənbələr