AZ

Estoniyada "Sputnik" əməkdaşına hökm oxundu

Estoniyada "Sputnik Meedia"nın əməkdaşı Mati-Dmitri Terestal “beynəlxalq sanksiyaları pozmaq” ittihamı ilə üç il yarım sınaq müddəti olmaqla iki il dörd ay şərti həbs cəzasına məhkum edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə ERR teleradio şirkəti dövlət prokurorluğuna istinadən məlumat yayıb.

Bildirilir ki, 2019-cu ildə “Sputnik Eesti” bağlandıqdan sonra Terestal və onun həyat yoldaşı Yelena Çerışeva “Sputnik”in fəaliyyətini davam etdirən QHT yaradıblar. Prokuror iddia edir ki, təqsirləndirilən şəxslər bilərəkdən beynəlxalq sanksiyalara məhəl qoymayıblar.

Yelena Çerışeva hökmün gözlənilən olduğunu deyib və hesab edir ki, əri Estoniyada olsaydı, onu həbsxanaya göndərə bilərdilər. O, həmçinin qeyd edib ki, “Sputnik Meedia”nın “Rossiya Seqodnya” ilə əlaqəsinə dair heç bir sübut yoxdur və hesab edir ki, onların fəaliyyəti ölkələr arasında mehriban qonşuluq münasibətlərinə xidmət etdiyi üçün antipatiyaya səbəb olub. Lakin Mati-Dmitri Terestalın müraciəti ilə bağlı qərar hələ verilməyib.


Müəllif: Arzu
Seçilən
42
teleqraf.com

1Mənbələr