AZ

Finlandiya Trampa qarşı çıxdı



Finlandiya Trampın Qrenlandiya açıqlamalarına görə Danimarkanı dəstəkləyir.

Newscenter.az Röyters-ə istinadən bildirir ki, Finlandiyanın baş naziri Petteri Orpo ABŞ prezidenti Donald Trampın “Qrenlandiyanı almaq” ritorikasına cavab olaraq Danimarkanı dəstəklədiyini açıqlayıb.

Baş nazir paytaxt Helsinkidə keçirdiyi mətbuat konfransında Qrenlandiya mübahisələri və Baltik dənizindəki kabellərin kəsilməsi ilə bağlı açıqlama verib.

Orpo Qrenlandiyanın Danimarkanın tərkibində qalmasının tərəfdarı olduqlarını və bu mövzuda Danimarka ilə əlaqə saxladıqlarını bildirib.

Qeyd edək ki, 23 dekabr 2024-cü ildə Tramp Qrenlandiyanın ölkəsinin nəzarəti altında olması ilə bağlı ritorikasını təkrarlayıb və adaya sahiblik iddia edib.

Anar Əliyev
Seçilən
44
newscenter.az

1Mənbələr