İtaliya çempionatının 22-ci turunda “İnter” səfərdə “Leççe”ni darmadağın edib – 4:0.
Publika.az xəbər verir ki, “neradzurri”nin qollarından birini vuran Lautaro Martinez uğura imza atıb.
Lautaro “İnter”in A Seriyasında ikinci ən yaxşı əcnəbi qolçusu olub. O, 112 dəfə fərqlənib. Martinez qol sayında İtaliya klubunun sabiq futbolçusu Mauro İkardini (111) ötüb.