“Brayton”un hücumçusu Evan Ferqyuson “Arsenal” klubunun radarına düşüb.
90deqiqe.Az xəbər verir ki, London klubu 20 yaşlı futbolçunu 6 aylıq icarəyə götürmək niyyətindədir. Artıq tərəflər arasında ilkin danışıqlar da başlanılıb.
"Topçular" zədə səbəbindən mövsümün qalan hissəsini sıradan çıxaran Qabriel Xesusa əvəzləyici tapmaq istəyir.
Evan Ferguson “Brayton”un start heyətində yerini itirib. Gənc irlandiyalı bu mövsüm “qağayılar”ın heyətində bütün yarışlarda 14 oyuna çıxıb və bir qol vurub. Transfermarkt, perspektivli hücumçunu 40 milyon avro olaraq qiymətləndirilir.