El Hierro bir çox maraqlı attraksionlara malikdir.
QHT.az xəbər verir ki, El Hierro, Atlantik okeanında "əbədi bahar" adası kimi tanınır. Qışda havanın orta temperaturu +19°C olur, yağış az yağır, qar isə müşahidə edilmir. Kanar adalarının ikinci ən kiçik adası olan El Hierro zəngin təbiəti ilə fərqlənir. Adada orta əsr qalaları, nağıl şəhərləri, qədim meşələr, unikal geoloji formalar və vulkanik mənzərələr mövcuddur. Lava axınından yaranan Charco Azul təbii hovuzu və El Qolfo vadisi əsas simvollardandır. Turistlərə Mirador de la Peña dağına qalxmaq, oradakı mənzərədən və Kanar mətbəxindən zövq almaq tövsiyə edilir. Əyri ardıcları ilə El Sabinar, Charco Manso hovuzu və YUNESKO-nun Ümumdünya İrsi saytı olan dəfnə labirinti də diqqət çəkir.
Adanın ağ qumlu Arenas Blancas çimərliyi Atlantik okeanının firuzəyi suları ilə əhatə olunub. Paytaxt Valverde, mədəniyyət mərkəzi olaraq dəniz məhsulları restoranları və attraksionları ilə seçilir. Orcilla burnu isə tarixi əhəmiyyətə malikdir, çünki ehtimala görə, Kolumb buradan yola çıxıb. El Hierroda qonaq evləri və lüks otellər mövcuddur, kənd yerlərində isə iki otaqlı qonaq evləri bir gecə üçün 100 dollardan ucuzdur.
R.İmanov